Maraqlı

Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək

20 Avqust 2020 23:50
Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "VimpelCom" telerabitə şirkətinin prezidenti vəzifəsinə azərbaycanlı Rəşid İsmayılov seçilib.

Bu barədə qərarı şirkətin Direktorlar Şurası avqustun 17-də keçirilən iclasda verib.

Milli.Az techland.az-a istinadən bildirir ki, Rəşid İsmayılov ilə 2023-cü ilin avqust ayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, R.İsmayılov 2014-2018-ci illərdə Rusiyanın rabitə nazirinin müavini, daha sonra bu ölkədə "Nokia" şirkətinin bölməsi üzrə baş direktor vəzifəsində çalışıb, 2019-cu ildən isə Rusiyada internetin trafik tənzimlənməsi ilə məşğul olan şirkətə rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.