Maraqlı

Google istifadəçi məlumatlarını media qurumları ilə paylaşacaq

20 Avqust 2020 23:15
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google istifadəçi məlumatlarını media qurumları ilə paylaşa biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb isə Avstraliya hökumətinin bəzi xəbərlərin ödənişli olması barədə qanununun digər ödənişsiz xidmətləri təhdid etməsi olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google-un Avstraliyadakı direktoru Mel Silva "Avstraliyalılara açıq məktub" adlı bəyanat yayıb. Məktubda qeyd edilib ki, sözügedən qanun Google axtarış və YouTube xidmətlərinin təhlükə altına alınmasına da səbəb ola bilər. Vurğulanıb ki, şirkət avstraliyalılardan bu tip xidmətlər üçün pul almaq fikrində deyil. Bununla yanaşı, hökumətə istifadəçi məlumatlarının ödənişsiz xidmət göstərən media qurumlarına veriləcəyi barədə xəbərdarlıq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.