Maraqlı

Feysbukun Lite versiyası ləğv edilir

15 Avqust 2020 22:40
Baxış: 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zəif smartfonlarda və ya yavaş internet şəraitində sosial şəbəkəyə daxil olmaq üçün nəzərdə tutulmuş Feysbuk Lite proqramı istehsalçı tərəfindən dəstəklənməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki,  proqram cəmi iki il ömür sürüb.

Tətbiqin yalnız iOS təminatlı smartfonlarda işləməyəcəyi məlumdur. Çox güman ki, Android  tətbiqini də eyni taleh gözləyir.

İlk olaraq Braziliyadan olan istifadəçilərə bu barədə bildirişlər daxil olmağa başlayıb.

"iOS üçün nəzərdə tutulan Feysbuk Lite tətbiqinin fəaliyyəti dayandırılacaq. Ailə və dostlarınızla əlaqəni kəsməmək üçün orijinal Feysbuk tətbiqindən istifadə edə bilərsiniz", - deyə bildirişlərdə deyilir.

Sosial şəbəkənin nümayəndələrinin sözlərinə görə, bu qərar proqramın qeyri-populyarlığından irəli gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.