Maraqlı

“Sony” son dörd ildə ilk dəfə “Xperia” smartfonlarından qazanc əldə edəcək

13 Avqust 2020 08:01
Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sony" şirkəti son dörd ildə "Xperia" smartfonlar bölməsinin ilk dəfə gəlir əldə edəcəyini proqnozlaşdırır. Bir neçə ardıcıl rüb ərzində şirkət xərcləri kəskin azaldaraq smartfonlar bölməsinin optimallaşdırılmasına başlayıb ki, bu da öz bəhrəsini verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, son maliyyə hesabatının dərc edilməsi zamanı "Sony" bu ilin ikinci rübündə 800 min "Xperia" smartfonu satmasını bəyan edib. Bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 100 min ədəd az olsa da, "Xperia" tədarükləri 2020-ci ilin birinci rübü ilə müqayisədə iki dəfə artıb.

"Sony" nümayəndələri təsdiq edib ki, mobil bölmə son bir neçə il ərzində ilk gəlirini nümayiş etdirməyə hazırdır. Şirkət gözlənilən mənfəətin məbləğini açıqlamayıb.

Qeyd olunur ki, smartfonlar sənayesində tədricən orta və ucuz seqmentlərə üstünlük verilir. "Sony" nümayəndələrinin fikrincə, bu yanaşma müvəqqəti xarakter daşıyır və onun qabaqcıl modelləri son nəticədə yenidən populyarlıq qazanacaq. Hazırda isə şirkət 2020-2021-ci illərin nisbətən ucuz smartfonlarına üstünlük verməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.