Gözəllik yaradan lazer prosedurları gözlərdə hansı fəsadlara səbəb olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kosmetologiya sahəsində lazer şüalarının istifadəsi zamanı buraxılan səhvlər təkcə dəridə deyil, digər orqanlarda, eləcə də gözlərdə ciddi nəticələrə gətirib çıxara bilər. Bunlardan ən təhlükəli olan isə lazer şüalarının gözlərdə yaratdığı problemlərdir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, həkim-oftalmoloq Kərim Hüseynov bu prosedurların gözlərdə yaratdığı fəsadlardan danışıb. Həkim bildirib ki, əsasən lazer epliyasiya və tatuların (döymə) sillinməsi prosedurlarında müasir cihazlardan istifadə edilərək daha yaxşı nəticələrin əldə olunması bu prosedurlara diqqəti daha da artırır: "Bu prosedurlardan istifadə həyatımızı asandlaşdırsa da, onun düzgün istifadə olunmadığı halda yarada biləcəyi fəsadlar çoxdur. Xüsusilə gözdə baş verən zədələnmələr bu prosedurlardan yanlış istifadə nəticəsində yaranır. Lazer şüaları gözümüzdə müxtəlif zədələnmələrə-qüzehli qişada atrofiya, travmatik katarakta, ön uveit, qlaukoma, və pupilla deffekti səbəb ola bilər. Bu zədələrdən ən vacibi torlu qişada baş verən yanıqlardır. Torlu qişa gözümüzdə görməni təmin edən, ön təbəqədən ibarət sinir mənşəli qatdır. Yanlışlıqla torlu qişa üzərinə düşən lazer onun piqment epitel qatı tərəfindən udularaq isitilik enerjisinə çevrilir, bunun nəticəsində torlu qişada bərpası mümkün olmayan görmə sahəsi defektləri, hətta bir çox halda görmənin itirilməsinə gətirib çıxaran termiki zədələnməyə səbəb olur".
Onun sözlərinə görə, şüa yanığı əksər hallarda oxuma və yazmamızı təmin edən, torlu qişanın makula sahəsində yerləşir. Adətən torlu qişanın lazer şüasıyla yanması göz içi qanama yaradır (intravitreal, subretinal, xororetinal hemorragiya), pigment epitel deffekti, xoroidal neovaskularizasiya, makula dəliyi, retina ödemi və epiretinal membran kimi xəstəliklərlə ağırlaşır. Həmçinin görmənin bir daha bərpasının mümkün olmaması bu xəstələrin psixoloji vəziyyətlərinə də kəskin şəkildə təsir edir.
Oftalmoloq qeyd edib ki, torlu qişanın şüa zədələnməsinin əsas səbəbi lazer proseduru zamanı ya düzgün eynək istifadə edilməməsi, ya da prosedurun qoruyucu eynəksiz həyata keçirilməsindən qaynaqlanır: "Təəssüf ki, rastlaşdığmız pasientlərin əksəriyyəti gənc xanımlardır. Solar retinopatiyanın tam müalicəsinin olmaması, hər ötən ilə nisbətən xəstə sayının artması, xəstələrin daha çox gənc olması bunun necə ciddi bir problem olduğunu anlamağa kifayət edir".
Həkim bildirib ki, bu kimi halların qarşısını almaq üçün göz ətrafı və üz nahiyyəsinə tətbiq edilən lazer proseduru zamanı daha ehtiyyatlı olmaq lazımdır. Eyni zamanda proseduru yerinə yetirən həkim-kosmetoloq cihazla bağlı xüsusi təlim keçməlidir. Bundan başqa, lazer cihazının dalğa uzunluğuna uyğun qoruyucu eynək taxılması, prosedur zamanı həkimin və xəstənin qoruyucu eynəkdən istifadəsi vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
XƏBƏR LENTİ
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb





