Maraqlı

Avropada virus da, sərt karantin də geri qayıdır – İKİNCİ DALĞA

28 İyul 2020 20:35
Baxış: 1 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa ölkələrinin rəhbrliyi koronavirusun mümkün ikinci dalğasına hazırlaşır.

Milli.Az turkustan.info-ya istibadıb xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Məlumata görə, Kataloniyada son 2 sutkada 8 min yoluxma qeydə alınıb. Bunun fonunda rəsmi qurumlar sərt karantin tədbirlərini yenidən müzakirə edir.

Almaniyada də vəziyyət narahatlıq yaradır. Son həftələrdə yoluxma sayında artım var. Səhiyyə Nazirliyi COVID-19-a görə testi hamı üçün pulsuz və məcburi etmək niyyətindədir.

Fransa Səhiyyə Nazirliyi isə vətəndaşlara müraciət edərək daha ehtiyatlı olmağa çağırıb. Xüsusilə gənclər arasında yoluxmanın artması narahatlıq yaradır.

Yunanıstanda bütün qapalı məkanlarda maska taxmaq məcburi olub. Burada sosial məsafənin qorunması baxımından problemlər var.

Belçika hakimiyyəti sərt karantinə qayıdığı müzakirə edərək razılaşdırıb.

Xatırladaq ki, ÜST rəhbərliyi son yarım ayda dünyada yoluxma hallarının artdığını bildirərək pandemiyanın daha da sürətləndiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.