Maraqlı

Koronavirusa təkrar yoluxma haqqında sensasion məlumat TƏKZİB OLUNUB

25 İyul 2020 19:35
Baxış: 1 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiyanın Vladimir vilayətinin qubernatoru Vladimir Sipyagin "VKontakte" səhifəsində canlı yayımında sensasion açıqlama verib.

Sipyaginin sözlərinə görə, Vladimir vilayətində xəstəxanalardan birində işləyən həkim 2 ay ərzində koronavirus infeksiyasına ikinci dəfə yoluxub.

İndiyə kimi koronavirusun təkrar yoluxması haqqında məlumatlar qeydə alınmayıb. Bir neçə dəfə belə məlumatlar yayılsa da yoxlandıqdan sonra məlum olurdu ki, bunun səbəbi keyfiyyətsiz testlərdir.

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, Sipyaginin çıxışından bir neçə saat sonra vilayət administrasiyasının press-xidməti məlumatı təkzib edib.

Press-xidməti bildirib ki, adi etik səbəblərə görə açıqlanmayan həkim birinci dəfə pnevmoniya keçirib. Bu zaman onda koronavirus testi mənfi idi. 2-ci dəfə isə həkim həqiqətən koronavirus infeksiyasına yoluxdu və bu da testlə təsdiq olunmuşdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.