Maraqlı

Meyvə-tərəvəz diabet riskini azaldır

11 İyul 2020 18:30
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyvə və tərəvəz diabet yaranması riskini azaldır. 

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu nəticəyə Kembric universitetinin alimləri gəlib.

Araşdırma iki mərhələdə aparılıb. Birinci mərhələdə alimlər meyvə və tərəvəzlərin tərkibində olan C vitamini və digər komponentlərin miqdarını öyrənib. İkinci mərhələdə isə alimlər iki qrup insan üzərində təhlil aparıb.

Birinci qrupda olan şəxslərə ikinci tip diabet diaqnozu qoyulub. İkinci könüllülər qrupu isə sağlam şəxslər olub. Təcrübə müddətində bir qrup gün ərzində 274 qram meyvə-tərəvəz, ikinci qrup isə 508 qram meyvə-tərəvəz qəbul edib.

Nəticələrlə müəyyən edilib ki, meyvə diabet yaranma riskini 25 faiz azaldır.

"Vitamin əlavələri deyil, meyvə və tərəvəz istehlakı ikinci qrup diabetin profilaktikasında çox əhəmiyyətlidir" - deyə mütəxəssislər bildirib.

Bununla yanaşı, alimlərin iddialarına görə taxıllı qidaların qəbul edilməsi də sağlamlıq üçün əhəmiyyətlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.