Nanənin faydaları nələrdir? Nanə çayı necə hazırlanır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Süfrənin əvəzsiz bitkilərdən biri olan nanə sağlamlıq üçün çox faydalıdır. Dünyada təxminən 25-30 növü olan nanə, əsasən rütubətli yerlərdə bitir. Bu ətirli bitki növü müalicəvi bitki kimi də tanınır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, nanə bitkisi iştahı açır, əsəbləri sakitləşdirir və bədənə rahatlıq verir. Stress və baş ağrısına qarşı yaxşı təsir edir. Spazm və taxikardiya (yüksək ürək döyüntüsü) riskini azaldır, hərarəti azaldır, həzm sistemi və mədə üçün həqiqətən faydalıdır, belə ki, həzmi asanlaşdırır, qazqovucudur, bağırsaq qurdlarını azaltmağa kömək edir, xora və ürək yanmasına qarşı yaxşı təsir edir, qusma, ürək bulanması və ağrıların qarşısını alır. Qrip və bronxit kimi soyuqdəymə və öskürək hallarına qarşı faydalıdır. Diş ağrısı və pis nəfəsləri aradan qaldırır. Ana südünü artırır. Əsəb zəifliyinə qarşı yaxşı təsir edir.
Necə istehlak olunur?
Nanə, ətir və dadı ilə fərqli bir ləzzət qatmaq üçün salatlara və yeməklərə quru və ya təzə əlavə edilə bilər. Həmçinin nanə çayı həzmi asanlaşdırmaq üçün yeməkdən sonra içilə bilər. Nanədən alınan nanə yağı da müxtəlif məqsədlər üçün istifadə olunur. Yarpaqlardan hazırlanan nanə çayı sakitlik verir. Nanə suyunda bir az sirkə əlavə edilərsə və içilərsə, daxili qanaxmanın dayandırılmasına kömək edir. Nanənin sakitləşdirici təsiri nanə yağına da aiddir. Nanə yağı dəridə yanan ləkələri aradan qaldırmaqda və soyuqdan yaranan şişkinliyi azaltmaqda təsirlidir. Nanə qaynadılıb buxarı ilə nəfəs alınarsa, tənəffüs yollarını açır və soyuqdəyməyə qarşı yaxşı təsir göstərir.
Nanə çayını necə hazırlamaq olar?
Yeməklərdə istifadə etdiyiniz təzə nanə yarpaqlarını əllə 3-4 hissəyə ayıraraq, bir qaba yayıb 24 saat saxlayın. 24 saatdan sonra yarpaqlar quru və xırtıldayan olmalıdır. 24 saatdan sonra yarpaqlar tamamilə qurudulmasa, əlavə 1 gün saxlayın. Sonra bir qaynadılmış su əlavə edilmiş çaydana 2-3 çay qaşığı qurudulmuş nanə yarpaqlarını atın və dəmə qoyun. 10-20 dəqiqə dəmlənməsini gözlədikdən sonra yarpaqları süzərək çayınızı içə bilərsiniz. Limon nanə çayına uyğundur, amma daha şirin olmasını istəyirsinizsə, yarım çay qaşığı bal əlavə edə bilərsiniz.
Nanə çayının faydaları:
- Nanə çayının buxarı ilə nəfəs almaq burun tıxanıqlığınl aradan qaldırır və sinusları açır
- Boğaz qurumasına qarşı yaxşıdır
- Köpmənin qarşısını alır
- Öd daşlarını təmizləyir
- Mədə bulantısını götürür
- Qusmanı aradan aparır
- Ürək yanmasını azaldır
- Həzmə kömək edir
- Ağızdakı pis qoxunu aradan aparır
- Əzələ ağrılarını aradan qaldırır
- Xroniki ağrıları azaldır
- Allergik öskürəyə qarşı yaxşıdır
- Astmaya qarşı yaxşıdır
- Stressi azaldır
- C vitamini ilə zəngindir
- Antioksidant təsirə malikdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"
-
İstanbuldakı nəhəng göydələn vahimə yaradır - VİDEO
-
“Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli... Bunlar oxuyan deyil, nöqtə!"
-
"Liverpul" yeni baş məşqçisini TAPDI
-
Əməkdar artist üzündəki dəyişikliyin sirrini AÇIQLADI
-
Tanınmış xanəndə dəbdəbəli bağ evini GÖSTƏRDİ - VİDEO
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"





