Maraqlı

Bioloji yaşı ölçə bilən göz skaneri

11 İyul 2020 21:50
Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ alimlərin yaratdığı yeni göz skaneri, insanların bioloji yaşını təyin edə bilir. Araşdırmaçılar bu skaner sayəsində ömür boyu insanların tibbi müalicələrini təmin edə biləcəklərini düşünürlər.

Bütün insanlar qocalır, ancaq bəzi insanlar qocalmağın təsirlərini digərlərinə görə daha yavaş bir formada göstərir, bəziləri isə gəncliklərini qorumağa davam edir. Xronoloji yaşınızı soruşduğumuzda böyük ehtimal hamınız doğulduğunuz ilə görə yaşınızı söyləyə bilərsiniz. Bəs bioloji yaşınızın neçə olduğunu bilirsinizmi?

Yaşlanmaqla əlaqədar olaraq bu günə qədər çox sayda fikirlər təklif edildi və təcrübələr keçirildi. Bununla birlikdə bu günə qədər bioloji yaşlanmağı doğru şəkildə ölçə bilən bir üsul yaradılmadı.

ABŞ araşdırmaçıları, bioloji yaşlanmağı ən düzgün yol ilə müəyyən edə bilmək üçün göz bəbəyindəki zülallardan gələn spektroskopik siqnalları ölçən xüsusi göz skaneri yaratdı.

İxitranı həyta keçirən araşdırmaçılardan biri Boston Universitetinin tibb fakültəsindən Li e. Qoldştein bu barədə belə dedi: "İnsanların yaşlanma miqdarını qiymətləndirmək üçün klinik vasitələrin olmaması yaşlanma və həyat boyu sağlamlığı ən üst səviyyəyə çıxarma mövzusunda böyük bir maneə təşkil edir".

Qoldştein yeni göz linzasının həyat boyu yaşlanmağa bağlı dəyişiklikləri özündə saxlayan zülalları müəyyən etdiyini açıqladı. Həmçinin bu zülalların insanın yaşlanma məlumatlarını saxlamağını təmin etdiyini də əlavə etdi. "Göz skanerimiz, bir adamın molekulyar səviyyədə necə yaşlandığının qeydini edə bilər", - deyə Qoldştein bildirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.