Maraqlı

Kifayət qədər su qəbul edilməməsinin əlamətləri - Həkim MƏSLƏHƏTİ

11 İyul 2020 19:55
Baxış: 4 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündə 6-8 böyük stəkan su icin. Suyu birdən birə deyil qurtum-qurtum icin. Yeməklərlə və yeməkdən dərhal sonra içməyin, çünki həzmi çətinləşdirir.

Bir insanın susuzluq hissi ilə su ehtiyacını tənzimliyəbiləcəyi düşüncəsi, uşaqlıq çağı üçün doğru olsa da, digər yaşlar üçün etibarlı deyil. Susuzluq hissləri əhəmiyyətli ölçüdə pozulduğu üçün yaşlıların fərqinə varmadan susuz qalma təhlükələri böyükdür. Mədə xorası, reflüks baş ağrısı, astma, allergiya, hipertoniya və qəbizlik kimi xəstəliklərin meydana gəlməsində; gizli su itkisinin əhəmiyyətli rolu vardır.

Meyvə suyu, içki, limonad, şəkərli çay kimi mayelər sıx karbonhidrat məzmunu səbəbi ilə su ehtiyacını artırır.

Şəkərsiz çay, ayran və qatıq kimi mayalanmış içkilər maye ehtiyacını artırmadığı kimi, maye ehtiyacınızı da qarşılayar.

Sidik tünd rəngdədirsə, kifayət qədər su içmirsiniz deməkdir.

İçdiyiniz su həddindən artıq soyuq olmamalıdır.

Suyun Phinin qələvi olması lazımdır ( pH: 7.5-8.5 arası),

Yeməklə birlikdə su içməyin, çünki bu su həzm mayesini seyrəldərək təsirlərini azaldır. Yeməkdən yarım saat əvvəl və ya sonra su içə bilərsiniz.

Yuxudan əvvəl bir ya da iki stəkan su içilməlidir.

İlk variant müxtəlif minerallardan zəngin olan təbii qaynaq sularıdır. Ancaq sudan əmin deyilsinizsə; çirkli anbardan keçməmiş və dinləndirilmiş (xlor səbəbi ilə) şəbəkə suyu için. Çünki hər ay ən az 30 parametri (arsen daxil) baxılır.

Suyun ağzının açıq qalması ilə 1 saat içində xlorun böyük bir qisimi uçar. Su üstünlük küpədə saxlanılmalıdır.

Bu suyu istifadə etmək istəmirsinizsə, suyunuzu filtrdən keçirin. Lakin bu əməliyyat faydalı mineralların itkisinə da səbəb ola biləcəyi üçün duz olaraq minerallardan zəngin qaya duzu istifadə edin.

Mədən suları (sodası deyil!) Minerallarla zəngindir və son dərəcə faydalıdır. Bəzi böyrək xəstələri xaricində istənildiyi qədər içilə bilər. Bir çox Avropa ölkəsində insanlar normal sudan çox mineral su içərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.