Maraqlı

Eyni kişidən üç gün fərqlə uşaq dünyaya gətirdilər - FOTO

5 İyul 2020 17:04
Baxış: 3 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir yerdə yaşayan iki qadın üç gün fərqlə eyni kişidən uşaq dünyaya gətiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.

32 yaşlı Karina Rinkon və 31 yaşlı Kelli Meza uşaq sahibi olmaq istəyiblər. Ancaq reproduktiv mərkəzlərin xidmətindən yararlanmaq üçün pulları olmayıb. Onlar süni yolla mayalanmanı ev şəraitində həyata keçirmək qərarına gəliblər: sosial şəbəkə vasitəsilə donor tapırlar. Bir gün Rinkon, ertəsi gün isə Meza proseduru həyata keçirib. Gözlənilmədən hər ikisinin hamilə qaldığı məlum olub.

Nəticədə, üç gün fərqlə onların uşaqları anadan olub: Leo və Sofi.

"Bizə deyirdilər ki, bir-birimizi öldürəcəyik: Bir evdə iki hamilə, hormonal fırtına... Əslində isə, bu yolu birlikdə keçmək əla idi", - deyə, qadınlardan biri etiraf edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.