Maraqlı

Koronavirusun ömürlük daha bir fəsadı bəlli oldu

27 İyun 2020 18:22
Baxış: 2 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri iddia edirlər ki, koronavirusun fəsadları virusa yoluxmuş insanları bütün həyatı boyu təqib edə bilər.

Milli.Az Hit.az-a istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, COVİD-19-a yoluxmuş hər üç pasiyentdən biri həyatının qalan hissəsində ciyərlərin zədəsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

Qeyd edilir ki, koronavirusadan sağalan insanların 30 faizinin orqanizmində gələcəkdə ciyərlərin fibrozu inkişaf edə bilər. Keçmiş pasiyentlərin 50 faizi ömürlük fiziki və psixoloji pozuntulardan əziyyət çəkə bilər. Virusdan sağalan hər on britaniyalıdan birinə ürəyin kəskin zədəsi diaqnozu qoyulur.

Bundan başqa, alimlər tez-tez bildirirlər ki, koronavirus Alsheymer xəstəliyinin inkişafı imkanını artıran beyin zədələrinə səbəb ola bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.