Maraqlı

Diet saxlayanlar daha çox yaşayırlar?

27 İyun 2020 23:55
Baxış: 1 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər dünyada pəhriz saxlamaqla daha çox yaşamağın mümkün olmasına dair fikirlər hakimdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dakı Yaşlanma Tədqiqatları İnstitutunun tədqiqatçıları pəhrizlərin insan ömrünü uzada biləcəyinə dair populyar fikirlərlə bağlı təcrübə aparıblar. Tədqiqatçılar, qida məhdudiyyətlərinin ömür uzunluğuna necə təsir etdiyini milçəklər üzərində sınayıblar. Məlum olub ki, bu prinsip yalnız 50 faiz özünü doğruldur. Alimlər, qida məhdudiyyətləri prinsiplərinə əməl edən bəzi insanların əslində daha çox yaşaya biləcəklərini bildiriblər. Ancaq eyni rejimdə olan digərlərində yaşla əlaqədar xəstəliklər daha erkən görünməyə başlayıb. Alimlər belə nəticəya gəliblər ki, insanın uzunömülü olması onun genetikasından aslıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.