Maraqlı

Bitcoin ilə Coca Cola almaq mümkün oldu

20 İyun 2020 20:25
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Coca Cola Amatil və CentraPaу razılaşması sayəsində Avstraliya və Yeni Zelandiyada 2000-dən çox Coca Cola satan satış-avtomatları artıq ödəniş vasitəsi kimi bitcoin qəbul edəcək.

Coca Cola Amatil - Asiya-Sakit Okean bölgəsi üzrə Coca Cola-nın distribyutoru və dünyanın ən böyük Coca-Cola şüşələrinin istehsalçılarından biridir. Şirkətdə ümumilikdə Avstraliya, İndoneziya, Yeni Zelandiya və Fici, Papua Yeni Qvineya və Kamoa daxilində 12 mindən çox işçi çalışır. Rəqəmsal aktivlər üzrə ödəniş platforması olan Centrapaу ilə Coca Cola Amatil əməkdşalıq bitcoin ödənişlərinin Avstraliya və Yeni Zelandiyada yerləşən Coca-Cola satış-avtomatlarına inteqrasiyasını təmin edir. İstifadəçilər bitcoin ilə ödəniş etmək üçün Centrapay-in "Sуlo Smart Wallet" cüzdana sahib olmalı və smartfonlardan istifadə edərək QR ödəmə kodunu skan etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.