Maraqlı

Amazon əməkdaşları şirkəti məhkəməyə verdilər

9 İyun 2020 08:46
Baxış: 829
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amazon əməkdaşları koronavirusa görə çalışdıqları şirkəti məhkəməyə veriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, hadisə Amazonun Queens deposunda çalışan əməkdaşların birində koronavirus aşkarlandıqdan sonra baş verib. Ardınca eyni depoda daha 10 nəfər karantinə alınıb.

Buna baxmayaraq işçilər rəhbərliyin lazımi tədbirlər görmədiyini düşünürlər. Məhz buna görə, Amazon şirkətini məhkəməyə veriblər. Onlar yalnız özlərinin deyil, ailələrinin də təhlükədə olduğunu vurğulayıblar.

İddialara görə, Amazon koronavirusa baxmayaraq əməkdaşlarının ofisə gəlməsini tələb edir. Bununla yanaşı, bildirilir ki, şirkətdə lazımi dezinfeksiya işləri də aparılmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.