"Oukitel" şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən "Oukitel WP7" adlı dünyanın ilk smartfonunu təqdim edib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, infraqırmızı gecəgörmə kamerası qaranlıqda fotoşəkillər və video çəkməyə imkan verir. Əsas təsvir sensoru qismində F/1,79 obyektivli 48 meqapikselli "Sony IMX582" quraşdırılıb. İnfraqırmızı kamera 8 meqapiksellidir. Əlavə olaraq səhnənin dərinliyinə məsuliyyət daşıyan 2 meqapikselli ötürücü yerləşdirilib.
Əlavə qoşulan modul smartfonu bakteriya və virusları məhv etməyə imkan verən sterilizator funksiyası ilə təmin edir. "Oukitel WP7" bir neçə iş rejimli güclü fənər, o cümlədən "SOS" funksiyası ilə təmin ediləcək.
Smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik "MediaTek Helio P90" birkristallı sistemi əsasında qurulub. "FullHD plus" təsvir ölçülü ekranın diaqonalı 6,53 düym təşkil edir. O, ABŞ-ın "MIL-STD-810G" standartının tələblərinə uyğundur və "IP68" dərəcəsinə uyğun toz və rütubətə qarşı davamlıdır. Qurğu -55 və 70 dərəcəli temperaturlarda iş üçün sınaqdan keçirilib.
"GPS", "BEIDO", "GALLILEO" və "GLONASS" naviqasiya sistemlərini dəstəkləyən smartfonun akkumulyator tutumu 8 min milliamper/saata bərabərdir. Həmçinin sifət və barmaq izi skanerinə görə blokdan çıxarma, eləcə də "NFC" modulu nəzərdə tutulub.
İyunun 12-dən etibarən satışa çıxarılacaq "Oukitel WP7" smartfonunun ilkin qiyməti 300 dollar təşkil edir.
Milli.Az