Maraqlı

“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

9 İyun 2020 08:21
Baxış: 1 272
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"AppStore" internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. "Avast" şirkətinin mütəxəssislərinin məlumatına görə, keyfiyyətsiz işləyən bu ödənişli proqramlar üçün abunənin qiyməti çox yüksəkdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu mobil tətbiqlər arasında "Buckler VPN", "Hat VPN" və "Beetle VPN" var. Quraşdırmadan sonra istifadəçi sözügedən mobil tətbiqlərə 3 günlük ödənişsiz giriş əldə edir. Sınaq müddəti bitdikdən sonra istifadəçinin hesabından həftəlik 10 dollar çıxarılır. Materialda qeyd edilir ki, əslində bu cür abunələrin qiyməti daha ucuzdur.

Mütəxəssislər "iPhone" istifadəçilərinə mobil tətbiqlər üçün abunə qiymətlərinə diqqət yetirməyi və hesablarından nə qədər pulun çıxarıldığını izləməyi tövsiyə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.