Maraqlı

Ən son iOS yeniləmə iPhone və iPad-i "sındırıb"

6 İyun 2020 19:40
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

iPhone və iPad istifadəçiləri iOS əməliyyat sisteminin ən son yenilənməsini quraşdırdıqdan sonra qacetdə problem yarandığını bildiriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple istifadəçiləri son yenilənmədən sonra batareyanın tez şəkildə bitməsindən şikayət ediblər.

Bəzi istifadəçilərin iOS-un 13.5 versiyasını yenilədikdən sonra smartfonlarının "çökdüyü" də məlum olub. Cihaz sahibləri qeyd ediblər ki, yenilənmədən sonra qacetlər mütəmadi olaraq yüklənir.

Eyni problem iPad və iPad Pro-da da müşahidə olunur. Bu cihazların istifadəçiləri 13.4.1 versiyasını yenilədikdən sonra problemi aşkarlayıblar. Bundan əlavə, qacet sahibləri videonun MP4 formatında səhv səsləndirilməsinə də diqqət çəkiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.