Maraqlı

“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

6 İyun 2020 08:41
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ 2015-ci ildə təqdim edilmiş "Microsoft Edge" brauzeri uzun müddət "Internet Explorer"in yeni tərtibatı kimi qəbul edilirdi və buna görə istifadəçilər arasında xüsusi maraq doğurmamışdı. Lakin ötən il şirkət öz yeni brauzerini yenidən hazırlayaraq onu dünyada ikinci ən populyar brauzerə çevirməyə nail oldu. İndi bütün "Windows 10" istifadəçilərinə "Chromium" mühərrikinə əsaslanan yeni brauzeri əlçatandır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, quraşdırmadan sonra yeni versiya köhnəni əvəz edəcək, bütün sazlamalar, əlfəcinlər və başqa istifadəçi məlumatları avtomatik olaraq yeni brauzerə daşınır.

Brauzerin özəllikləri sırasına onun yüksək sürətindən başqa, şübhə doğuran məzmunun yüklənməsinə qarşı müdafiə, genişlənmələrin dəstəyi, saytların kontentinin yüksək səslə oxunması rejimi və yadda saxlanılmış səhifələrə sonra baxmaq üçün onları qruplaşdırmaq imkanı daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.