Maraqlı

“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

4 İyun 2020 07:21
Baxış: 904
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Xiaomi" korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbərlər agentliyinə verdiyi müsahibədə şirkətin baş direktoru və qurucusu Ley Szyun deyib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, lakin hələ ki sınaqların təfərrüatı yoxdur. Ley Szyun yalnız onu deyib ki, "Xiaomi" yüksəksürətli yeni rabitə standartlarına diqqət ayırır, "6G" şəbəkələrinin yaradılması isə peyk internet şəbəkəsinin yaradılmasından birbaşa asılıdır.

Bununla yanaşı, baş direktor bildirib ki, koronavirus pandemiyası "5G" şəbəkələrinin inkişafına mənfi təsir göstərib, ancaq şirkət bu sahəni inkişaf etdirməkdə davam edəcəyini, həmçinin beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonlar çıxaracağını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.