Maraqlı

Polina Qaqarina da ərindən ayrıldı

27 May 2020 20:40
Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı müğənni Polina Qaqarina 6 illik həyat yoldaşı, fotoqraf Dimitri İsxakovla ayrılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cütlük bir neçə aydır ayrı yaşasa da, rəsmi prosedura başlamayıblar. Onlar bu xəbərin yayılmasını da istəmədikləri üçün informasiya verməyiblər.

Qeyd edək ki, 33 yaşlı Polina və 42 yaşlı Dimitri 2013-cü ildə tanış olub, 2014-cü ildə evləniblər. 2017-ci ildə isə cütlüyün qızı Mia dünyaya gəlib.

Onu da bildirək ki, Polinanın birinci evliliyindən Andrey adlı oğlu da var.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.