Maraqlı

Almaniya rəsmisi dövlət qurumlarına xəbərdarlıq etdi: "Whatsapp işlətməyin"

23 May 2020 21:15
0 Şərh     Baxış: 3 716
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniya Federal Məlumatları Qoruma Mərkəzinin komissarı Ulrich Kelber rəsmi şəxsləri təhlükəsizlik məsələlərindən dolayı Whatsapp istifadə etməməyə səsləyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Ulrich Kelber bu barədə bir sıra dövlət qurumlarına məktub göndərib.

Məktubda hər mesaj göndərirlərkən Whatsapp-ın xeyli fərdi məlumat ələ keçirdiyi və bu məlumatları Feysbuka göndərdiyi qeyd olunub.

Whatsapp-ın mövzuya rəsmi açıqlamasında isə məlumat təkzib edilib. Şirkət rəsmiləri mesajların başdan-ayağa şifrələndiyini, onları yalnız mesajlaşan tərəflərin gördüyünü vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.