Maraqlı

Opel yeni Mokka barədə məlumat verib - FOTO

21 May 2020 22:01
0 Şərh     Baxış: 499

Opel şirkəti növbəti nəsil Mokka modeli barədə yeni məlumatı dərc edib. Hazırda krossoverin son sınaqları keçirilir. Opel Mokka modeli platformasını dəyişməklə yanaşı, 120 kiloqram "arıqlayıb" və tam ötürməsiz qalıb. Lakin, Mokka tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn versiyaya da sahib olacaqdır

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mokka modelinin kuzovunun burulmaya qarşı sərtliyi 30% artıb, onun salonu isə əvvəlki nəsil krossoverlə müqayisədə daha sakit olub. Krossoverin Opel Corsa və Peugeot 2008 modellərinin əsaslandığı CMP platformasına keçid tam ötürmə sisteminin itirilməsi ilə nəticələnib.

Opel Mokka modelinin mühərrik çeşidinə 1,2-litrlik üçsilindrli turbomühərrik, 1,5-litrlik turbodizel və 136 at qüvvəsinə malik olan elektrik mühərriki daxil ediləcəkdir. Mokka elektrokarının bəyan edilmiş yürüş diapazonu 320 kilometrdir.

Növbəti nəsil Opel Mokka modelinin istehsalına bu ilin dördüncü rübündə başlanacaqdır. Elektrik variantı da daxil olmaqla, yeni krossoverilərin Avropadakı dilerlərə çatdırılmasına 2021-ci ilin əvvəlində başlanacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.