Maraqlı

"Facebook" videokonfrans üçün "Messenger Rooms" servisini istifadəyə verib

15 May 2020 16:54
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın eyniadlı sosial şəbəkəsinin sahibi "Facebook" kompaniyası mayın 14-də videokonfrans üçün "Messenger Rooms" adlı servisini işə salıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə kompaniyanın başçısı Mark Sukerberq sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, "Messenger Rooms" hazırda ABŞ və Kanadada hamı üçün əlçatandır və gələn həftə bütün dünya üçün əlçatan olacaq. Servisdə vaxt məhdudiyyəti yoxdur və 50 nəfərədək şəxsi daxil etmək olar. Qrup zənglərini kompaniyanın "Facebook", "Messenger" sosial şəbəkələrində ödənişsiz yaratmaq mümkündür. Tezliklə bu siyahıya "WhatsApp" və "Instagram" da əlavə ediləcək.

Mark Sukerberq, həmçinin qeyd edib ki, mövcud alət əsasən iş üçün deyil, dostlar və yaxın insanlar arasında ünsiyyət qurmaq üçün nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.