Maraqlı

Hyundai Palisade modeli iki dəbdəbəli versiyaya sahib olub - FOTO

19 May 2020 23:30
0 Şərh     Baxış: 2 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hyundai şirkətinin bayraqdar krossoveri olan Palisade modelinin bir il yarım bundan əvəl debüt etməsinə baxmayaraq, artıq yenilənməyə də fürsət tapıb. Yenilənmiş model hələlik yalnız Cənubi Koreyada satılır. Modelin baza təchizatına əvvəllər opsiya olan multimedia sisteminin 10,25-düymlük ekranı daxil edilib. Yenilənmədən öncə, modelin baza təchizatına 8-düymlük displey daxil idi. 12,3-düymlük virtual cihazlar paneli isə, keçən ildən krossoverin amerikan versiyasında təklif olunur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Palisade modeli iki dəbdəbəli versiyada təklif ediləcəkdir: Calligraphy və VIP. Hyundai Palisade Calligraphy modeli dizaynı yenilənmiş radiator barmaqlığı və ön bamperə, yeni 20-düymlük təkər diskləri və eksklüziv tünd-yaşıl Rain Forest rənginə sahib olub.

Salonda 12,3-düymlük virtual cihazlar paneli, fon işıqlandırması, dəlikli Nappa dərisi ilə örtülmüş oturacaqlar və qapı kartları, proeksiya displeyi, arxa qapılardakı pərdələr, sürücü və sərnişinlərin söhbət etməsi üçün xüsusi sistemə (mikrofonlar və proqram təminatı səsi dinamiklər vasitəsi ilə gücləndirir) və arxa dinamiklərin söndürülməsi funksiyasına malik olan Krell səs sistemi quraşdırılıb.

Opsiyalar arasında Trailer Package dəsti peyda olub ki, bu dəstin tərkibinə iki tonluq qoşqunu yedəyə almaq üçün farkop və mühərrikin gücləndirilmiş soyutma sistemi daxil edilib.

Eyni zamanda, Hyundai Palisade daha dəbdəbəli VIP modifikasiyasında da təklif ediləcəkdir. Bu modifikasiya Calligraphy versiyasına əsaslanır və burada diqqət ilk növbədə ikinci cərgənin sərnişinlərinə yönəldilib. VIP modifikasiyasının təchizatına iri dirsəkaltı ilə bölünmüş fərdi kreslolar, hava ionizatoru, soyutma/isitmə funksiyasına malik olan stəkanaltılar və sonsorlu idarəetmə paneli daxildir.

Oturacaqların başlıqlarına media sistemin dinamikləri inteqrasiya edilib. Bundan başqa, VIP-krossoverlər iki planşet və smartfonlar üçün qapı panellərindəki sizmsiz doldurma meydançaları ilə təchiz edilirlər.

Cənubiu Koreyada Hyundai Palisade modeli 295 at qüvvəli 3,8-litrlik V6 GDI benzin mühərriki və 202 at qüvvəli 2,2-litrlik e-VGT dizeli ilə təklif edilir. Hər iki mühərrik 8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə - önə və ya arxa oxu qoşan çoxdiskli muftaya malik olan HTRAC tam ötürməsi ola bilər.

Azərbaycan bazarında Hyundai Palisade modeli 99.990 manatdan başlayan qiymətlər ilə satılır. Bizim bazarda Palisade modeli 272 at qüvvəli 3,5-litrlik MPI mühərriki və 8-pilləli "avtomat" ilə təklif edilir. Krossover 100 km/saat həddini 9 saniyəyə toplayır və 210 km/saatlıq maksimal sürət həddinə malikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.