Manhart Audi RS Q8 modelini təkmilləşdirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alman Manhart atelyesi "bərkgedən" Audi RS Q8 modeli üçün hazırladığı RQ 900 adlanan təkmilləşdirmələr proqramını təqdim edib. Proqramın adındakı rəqəm biturbo mühərrikin artmış gücünə işarə edir. Tirajı 10 nüsxə ilə məhdudlaşacaq krossoverin qiyməti 280.000 avrodur.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Manhart mütəxəssisləri ilk növbədə şassini təkmilləşdiriblər - Audi RQ 900 modeli adi RS Q8 krossoverinə nisbətən 30 millimetr azaldılmış klirensə malik olub. Bundan başqa, krossover yeni kuzov dəstinə sahib olub. Dəstin tərkibinə kapot, ön splitter, təkər tağlarının genişləndiriciləri, yan ətəklər və diffuzor daxildir. Krossoverin daxili tərtibatında qara rəngli dəridən, alkantaradan və karbondan dekor elementlərindən istifadə edilib. Bundan başqa, tüner qəzələ və qırmızə rəngdə haşiyə və tikişləri təklif edir.
Əsas dəyişikliklər isə kapotun altındadır: yumşaq hibrid sistem ilə birlikdə işləyən qüdrətli 4,0-litrlik V8 mühərriki daha böyük turbokompressorları, yeni gücləndirilmiş komponentləri və idarəetmə qurğusunun yenidən yazılmış proqram təminatını əldə edib. Eyni zamanda, ötürmə qutusu və buraxılış sistemi də modernləşdirilmədən keçib. Bundan başqa, katalitik neytralizatoru olmayan və ya biraxınlı səsboğucu sistemini də sifariş etmək olar.
Təkmilləşdirmələr nəticəsində mühərrikin gücü 600-dən 900 at qüvvəsinə, fırlanma anı isə 800-dən 1080 Nm-ə qədər artılıb. Lakin, tüner RQ 900 modelinin dinamik göstəricilərini açıqlamayıb. Standart Audi RS Q8 krossoveri 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir ki, bu da Porsche Cayenne Turbo modelində olduğundan 0,1 saniyə azdır. Lamborghini Urus bir daha sürətlidir - italyan krossoveri 100 km/saata sürətlənməyə 3,6 saniyə sərf edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





