Maraqlı

“Microsoft” korporasiyası “Surface Go 2” planşetini təqdim edib

12 May 2020 07:51
0 Şərh     Baxış: 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti yeni "Surface Go 2" planşetini təqdim edib. Planşetin qiyməti 399 dollar təşkil edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Surface Go 2" planşeti standart konfiqurasiyada "Intel Pentium Gold" prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq "eMMC" yaddaş kartı ilə təchiz edilib. Eyni prosessor, 8 QB əməli yaddaş və 128 QB SSD daşıyıcı ilə təchiz edilmiş modelin qiyməti 549 dollar təşkil edir.

8-ci nəsil "Core m3" prosessoru, 8 QB əməli yaddaş və 128 QB SSD daşıyıcı ilə təchiz edilmiş ən innovativ modelin qiyməti 629 dollar, analoji LTE modelin qiyməti 729 dollar, 256 QB SSD ilə olan modelin qiyməti isə 879 dollardır.

"Microsoft", həmçinin ən məhsuldar noutbukunu - "Surface Book 3" təqdim edib. Yeni noutbuk "Microsoft"un əvvəlki nəsil qurğusu ilə müqayisədə 50% daha məhsuldardır. Noutbuk onuncu nəsil dördnüvəli "Intel Core" prosessoru ilə təchiz edilib.

Noutbuk 17 saatadək avtonom işləyə bilir.

Həmçinin şirkət 199 dollar məbləğində sensor idarəetməyə malik "Surface Earbuds" adlı simsiz qulaqlıqlarını təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.