Maraqlı

Kriptovalyuta şirkəti YouTube-u məhkəməyə verir

25 Aprel 2020 22:40
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriptovalyuta şirkəti platformada saxta videolar olduğuna görə YouTube-u məhkəməyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, video hostinq xidməti saxta videolara qarşı tədbir görmədiyi üçün kriptovalyuta şirkəti olan Ripple, YouTube-a qarşı iddia qaldırıb.

İddia ərizəsində Ripple video platformanı reklam satmaqda, saxta hesabları tanıtmaqda, həmçinin rəsmi şikayətlərə məhəl qoymamaqda günahlandırıb.

Ripple beynəlxalq pul köçürmələri üçün XRP rəqəmsal valyuta mübadiləsi şəbəkəsini idarə edir. Son bir neçə ay ərzində fırıldaqçılar Ripple və onun baş direktoru Brad Garlinghous üçün platformada hesablar yaradıblar. Hesabların bir qismi məşhur YouTube istifadəçilərindən oğurlanıb, beləliklə, saxta hesab yüz minlərlə abunəçiyə sahib olub.

Fırıldaqçılar həmin hesabların vasitəsilə, rəsmi Ripple kanalının əksər izləyicilərini çaşdıran aşağı ilkin ödənişlər qarşılığında daha yüksək XRP mükafatlarını təklif edən videolar paylaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.