Maraqlı

Redmi 10X smartfon modelinin dizaynı və bəzi texniki özəllikləri ortaya çıxdı

25 Aprel 2020 23:15
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Redmi brendi artıq sertifikatlaşdırmadan keçmiş yeni smartfon modelinin təqdimatına hazırlaşır. Söhbət, Redmi 10X smartfon modelindən gedir. Lakin təqdimatdan öncə insayderlər sözügedən smartfonun texniki özəllikləri və fotolarını təqdim ediblər. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə məumata əsasən Redmi 10X smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 2340x1080 piksel keyfiyyətli ekran, əsas sensoru 48 MP olan dördlü arxa kamera, 13 MP-lik ön kamera və 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xarici görünüşcə smartfon Redmi Note 9 Pro-nu xatırladır. Gözləntilərə əsasən Redmi 10X smartfonu 141$-a satılacaq. Onun  təqdimatı və satış tarixi barəsində məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.