Maraqlı

“Microsoft”un süni intellekti cümlələrin düzgün tərtib edilməsinə kömək edir

25 Aprel 2020 07:31
0 Şərh     Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft"un süni intellektə əsaslanan yeni aləti cümlələri düzgün tərtib etməyə kömək edir. Gələcəkdə bu alət müəlliflərin yaxın köməkçisinə çevriləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft" tərəfindən yazıçılar üçün təqdim edilmiş yeni alət mətndəki fikirləri düzgün ifadə etməyə kömək edəcək. Bu, ilk dəfə 2019-cu ildə "Microsoft Build" konfransında təqdim edilmiş süni intellekt əsasında işləyən "Rewrite Suggestions" funksiyası üçün bir əlavədir. Sözügedən alət ilk öncə müəllifə ifadələrin yazılışı üçün yalnız düzgün variantlar təklif edirdi, amma indi o, cümlələr də tərtib edə bilir.

Hələ ki funksiya yalnız onlayn rejimdə "Word" istifadəçilərinə, "Microsoft 365" və ya "Office 365" abunəçilərinə əlçatandır. Gələcəkdə şirkət onu bütün masaüstü və mobil versiyalarına tətbiq etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.