Maraqlı

“Apple” noutbuklarının avtonom işləmə müddətini uzatmaq üçün yeni funksiya əlavə edəcək

21 Aprel 2020 08:59
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkətinin öz noutbuklarının avtonom işləmə müddətini uzatmaq üçün yeni funksiya əlavə edəcəyi məlum olub. "Battery Health Management" adlı yeni funksiya "macOS Catalina‌ 10.15.5" əməliyyat sisteminin çıxarılmasından sonra əlçatan olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bundan başqa, yeni funksiya artıq "macOS Catalina‌ 10.15.5" sisteminin ikinci beta-versiyasında reallaşdırılıb, lakin hazırda yalnız tərtibatçılar ondan istifadə etmək imkanına malikdirlər. Adi istifadəçilər üçün sözügedən funksiya "macOS Catalina‌ 10.15.5" sisteminin çıxarılmasından sonra əlçatan olacaq.

Məlumdur ki, "Battery Health Management" funksiyası akkumulyatorların sıradan çıxma sürətini azaltmaqla şirkətin noutbuklarının avtonom işləmə müddətini artırmağa imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.