Maraqlı

“Microsoft” ətraf mühitin mühafizəsi üçün platforma istifadəyə verib

21 Aprel 2020 07:41
0 Şərh     Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" süni intellekt texnologiyasına əsaslanan "Planetar kompüter" platformasını istifadəyə verib. Bu platforma Yer kürəsinin ekosistemindəki dəyişiklikləri izləməyə kömək edəcək. Bu haqda şirkət öz bloqunda yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Planet kompüter" "Microsoft Azure" "bulud" əsasında işləyən süni intellekt platformasıdır. O, müxtəlif mənbələrdən daxil olan böyük həcmdə məlumatların təhlili üçün maşın təlimindən istifadə edir. Platformanın köməyi ilə Yer kürəsinin ekosistemindəki dəyişiklikləri izləmək və təbii resurslardan istifadə ilə bağlı daha məqsədəuyğun qərarlar qəbul etmək mümkün olacaq. Məsələn, meşə sahələrindəki dəyişikliyi izləmək, subasma riskini qiymətləndirmək və sairə" - şirkətin prezidenti Bred Smit deyib.

Geoinformasiya sistemləri üzrə ixtisaslaşmış "Esri" şirkəti "Planetar kompüter" platformasının yaradılmasında "Microsoft"un tərəfdaşı olub. İstənilən şəxs "Planetar kompüter" platformasında saxlanılan informasiyaya baxa, yeniləyə və əlavə edə bilər.

Belə bir platformanın yaradılması "Microsoft"un qlobal ekoloji təşəbbüsünün davamı olub. Bundan əvvəl şirkət elan etmişdi ki, 2030-cu ilədək karbonun tullantılarını tamamilə azaldacaq və iqlim innovasiyalarının inkişafına 1 milyard dollar məbləğində sərmayə yatırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.