Maraqlı

Volkswagen şirkətinə qarşı 250 min iddia qaldırılıb

16 Aprel 2020 22:55
0 Şərh     Baxış: 1 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın avtomobil istehsalçısı olan Volkswagen-ə qarşı 250 mindən çox müştəri iddia qaldırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, iddiaya səbəb dizelqeyat, yəni avtomobillərdə işlənmiş qazların zərərli maddə səviyyəsinin düzgün qiymətləndirilməməsi olub.

Müştərilər şirkətdən onlara dəyən maddi zərəri qarşılamağı tələb edirlər. Ödəniləcək ümumi məbləğ 800 milyon avronu ötə bilər.

Qeyd edək ki, dizelqeytlə bağlı Volkswagen-ə qarşı son ittihamlar ötən ilin sonlarında başlayıb. Alman mühəndisləri bildiriblər ki, onların əlinə ekoloji problem yarada biləcək EA288 indeksi olan dizel mühərrikinin tətbiqilə bağlı sənədlər keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.