Maraqlı

İlk dəfə günəşin ən keyfiyyətli formatda yaxından FOTOsu çəkildi

10 Aprel 2020 10:37
1 Şərh     Baxış: 11 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Günəşin buvaxtadək ən yüksək keyfiyyətdə olan fotosu çəkilib.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, şəkli NASA-nın Hi-C teleskopundan çəkilib. Fotodan göründüyü kimi günəşin səthində plazma telləri var.

Həmçinin məlum olub ki, günəşin səthi düşünüldüyündən daha qarmaqarışıqdır.

Mərkəzi Lankaşir universiteti ilə NASA-nın "Marshall Space Flight Center"in birgə araşdırması nəticəsində günəşin səthinin qaranlıq yox, uzunluğu yüzlərlə kilometr olan elektrikli qaz telləri ilə dolu olduğu aşkarlanıb.

Hər bir teldəki temperaturun 1.8 milyon faranheyt (999982.°C) olduğu düşünülür. 

Bu barədə məlumat Astrophysical Journal-da dərc edilib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.