Maraqlı

Facebook, sevgililər üçün nəzərdə tutulmuş Tuned adlı tətbiqi təqdim etdi

11 Aprel 2020 08:25
0 Şərh     Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda yeni tətbiqi təqdim edib. Söhbət, sevgililər üçün nəzərdə tutulmuş Tuned adlı tətbiqdən gedir. Bu barədə The Verge saytı xəbər verib. Tuned iki şəxs üçün nəzərdə tutulmuş özəl məkan qismində çıxış edir. Bu tətbiqdə sevgililər bir-birilərinə qarşı olan sevgilərini göstərə, öz əhval ruhiyyələrini əks etdirə, musiqi paylaşa və həyatlarının dəyərli anlarını gündəlik şəklində paylaşa bilərlər.

    Tətbiqin əsas özəlliyi konfidensial ana səhifədir. Həmin ana səhifə gündəlik tərzində hazırlanıb. Bununla yanaşı sevgililərin bir-biriləri ilə musiqi paylaşımı üçün Spotify servisinin inteqrasiyası reallaşdırılıb. Həmçinin iki şəxs bir-birinə foto, səsli yazılar, qeydlər, stikerlər və reaksiyalar göndərə bilərlər. Sözügedən tətbiq pulsuzdur və yalnız iOS üçün təqdim edilib. Tuned tətbiqindən istifadə etmək üçün Facebook-da qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Lakin tətbiqdən istifadə etməzdən əvvəl Facebook-un istifadəçi razılaşmasını qeyd etmək lazım gələcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.