Maraqlı

İpoxondrik adamlarda koronavirusun yalançı simptomları başlayır

4 Aprel 2020 22:01
2 Şərh     Baxış: 2 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlərdə həkimlər COVID 19 virusu ilə bağlı təcili yardıma zənglərin çoxaldığını bildirir. Bir çox insanlar bir neçə saatdan bir təzyiqini, hərarətini ölçür, qızdırması qalxır, özündə koronavirus əlamətləri hiss edir.

Termometrdə göstərici həqiqətən də 37 dərəcəyə çatır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər bu halları koronavirusun yalançı simptomları adlandırır.
Belə hallar ipoxondrik, yəni xarakteri və psixoloji durumu hər xırda şeydən daxili narahatlıq, qorxu keçirən insanlarda baş verir. Onlar gerçəkdən eyni anda xəstəliyin simptomlarına bənzər əlamətlər keçirə bilir.
İpoxondriklər psixoloji koronavirus keçirir: döş qəfəsi, kürəkdə ağrı, nəfəsalmada basqı, baş ağrısı, temperaturun dəyişməsi, hətta boğazda qıcıqlanma və öskürək belə ola bilər.

Amma ipoxondrik qızdırmanı 38.5-ə kimi çatdıra bilməz və burunun, boğazın selikli qişası ödemləşə bilməz. Bu əlamətləri isə həkim asanlıqla təyin edəcək.

Ona görə əgər həkim sizdə heç nə yoxdur dedikdə panikaya qapılıb, haray qoparmayın.
Belə adamlara psixoloq köməyi və sakitləşdiricilər lazım olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.