Maraqlı

Koronavirusu yayanlardan biri də uşaqlardır - Rusiyalı həkim

4 Aprel 2020 21:30
3 Şərh     Baxış: 2 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Moskvada koronavirusdan ən gənc yaşlı xəstənin ölümü qeydə alındı. 34 yaşlı kişidə ikitərəfli pnevmoniya yarandı. Pasiyentin 2 övladı var idi.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər Moskvada koronaviruslu uşaqların da çox olduğunu və bu günə 19 uşaqda virus təsdiqləndiyini bildirir.

"Uşaqlarda xəstəlik simptomsuz və çox yüngül keçir. Hesab etmək lazımdır ki, yoluxdurucuların böyük qismi də elə uşaqlardır. Bu hələ Moskvada ilk yoluxmuşlardan birinin hadisəsi də göstərdi.
Həkim qəbuluna gələn uşaq həkimi yoluxdurdu, eləcə də uşaq öz nənəsini yoluxdurmuşdu. Biz etiraf etməliyik ki, uşaq məsələsini ciddiyə almadığımızdan yoluxmanın yayılmasının qarşısını ala bilmədik. Bəlkə də birinci uşaqlar yoxlanıb tədric olunmalıydı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.