Maraqlı

“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

2 Aprel 2020 06:41
0 Şərh     Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın "Dyson" texniki şirkəti yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizəyə kömək məqsədilə 10 gün ərzində ağciyərin süni ventilyasiyası üçün aparatı layihələndirərək yaxın vaxtlarda onun istehsalına başlayacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ağciyərin süni ventilyasiyası üçün aparata xəstəliyi ağır formada keçirən koronavirus pasiyentləri ehtiyac duyur. Məhz bu aparatların çatışmazlığı həkimlər üçün əsas problemlərdən birinə çevrilib.

Məlumata görə, müxtəlif ölkələrin hökumətləri təcili olaraq ağciyərin süni ventilyasiyası üçün aparatlar alır, bir sıra şirkətlər isə onların istehsalına başlamağı planlaşdırır. Məsələn, belə plan barədə bu yaxınlarda "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask məlumat verib. O, Çindən 1250 ağciyərin süni ventilyasiyası üçün aparat alaraq Los-Anceles hakimiyyətinə təhvil verib. "Ford" və "General Motors" şirkətləri də ABŞ-da belə aparatların buraxılışına başlamağa hazırlaşır.

Bildirilir ki, "Dyson" tərəfindən hazırlanan aparat "CoVent" adlanır. O, müasir texnologiyalardan istifadə edilməklə yaradılıb və hazırda şirkət qurğunun Britaniya hakimiyyəti tərəfindən sertifikatlaşdırılacağını gözləyir, lakin artıq hökumətdən 10 min aparat üçün sifariş alıb.

"Bu yeni aparat tez, effektiv və çox sayda istehsal oluna bilər", - şirkət təsisçisi Ceyms Daysonun əməkdaşlara ünvanlanan məktubunda deyilir. O əlavə edib ki, 5 min aparat onun hesabına müxtəlif ölkələr üçün buraxılacaq. Aparatların min ədədi Böyük Britaniya xəstəxanaları üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.