Maraqlı

Whatsapp koronavirus üçün məlumat mərkəzi yaradıb

24 Mart 2020 21:40
0 Şərh     Baxış: 1 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Whatsapp koronavirus pandemiyası barədə yanlış məlumatların qarşısını almaq məqsədilə yeni veb-sayt yaradıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət insanları COVİD-19 barədə bilgiləndirən portal yaratmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-lə bir araya gəlib.

Saytda pandemiya zamanı Whatsapp-dan necə istifadə edilməsi ilə bağlı məlumatlar da yer alıb. Portalda ÜST və UNICEF-in mesajlaşma xətləri barədə də məlumat veriləcək. Eləcə də koronavirus barədə dəqiq məlumat almaq istəyənlərə də kömək ediləcək.

2 milyarddan çox istifadəçisi olan Whatsapp-ın pandemiya barədə yalan məlumatların qarşısını alacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.