Maraqlı

Feysbuk koronavirus haqqında məlumat bölməsini işə salır

24 Mart 2020 23:10
0 Şərh     Baxış: 1 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk platforması Covid-19 haqqında doğru məlumatları ictimaiyyətə çatdırmaq üçün şəbəkədə məlumat mərkəzi tipli bölmə yerləşdirəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, Feysbuk yeni bölmədə virus haqqında beynəlxalq səhiyyə xidmətlərinin və digər güvənli mənbələrin yaydığı məlumatı yerləşdirəcək.

"Bu bölməni Feysbuk xəbər lentinin yuxarısında yerləşdirəcəyik", - deyə Feysbukun direktoru Mark Zukerberq bildirib.
 

M.Zukerberq əlavə edib ki, yeni bölmə yaxın 24 saat ərzində ABŞ və bəzi Avropa ölkələrindən olan istifadəçilərin hesabında yerləşdiriləcək, bir neçə gündən sonra isə qlobal səviyyəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.