Maraqlı

Böyük ölçülü data analizi üçün DBSCAN alqoritmi tətbiq olunur

14 Mart 2020 19:35
0 Şərh     Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda "Pythonda Böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritminin tətbiqi" mövzusunda məruzə təqdim edilib.

Bildirilib ki, yeni texnologiyaların tətbiqi nəticəsində böyük ölçülü məlumatların həcmini dəqiq analiz etmək üçün alternativ daha güclü bir meta öyrənmə vasitəsi olaraq klasterləşdirmə alqoritmləri ön plandadır. Klasterləşdirmə alqoritmi verilənlər toplusunun strukturu (ardıcıllıq) barədə informasiya verir və verilənlər (data) analizini yerinə yetirmək üçün ən çox istifadə edilən metodlardandır. Xüsusilə, əsas məqsədi məlumatları müəyyən xüsusiyyətlərə oxşar olduqları halda, eyni klasterdə qruplaşdıraraq klasterlərə ayırmaqdır.

Sonra klasterləşdirmə alqoritmləri, əsasən sıxlığa əsaslanan alqoritmlərin analizindən danışıldı. Bu alqoritmin əsas nümayəndəsi olan DBSCAN alqoritmi haqqında məlumat verildi.

Sıxlığa əsaslanan klasterləşdirmə alqoritmində məlumat obyektləri sıxlıq, əlaqə və sərhəd bölgələrinə görə ayrılır. Bu alqoritmin digərlərindən əsas fərqi outlier (kənaraçıxma) nöqtələrinə qarşı daha həssasdır. Həmçinin, DBSCAN alqoritmi ixtiyari ölçüdə və formada klaster tapmaq imkanına malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.