Maraqlı

Kaspersky-nin Çindəki ofisi bağlandı – SƏBƏB

10 Mart 2020 23:40
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindəki mərkəzlərini və filiallarını bağlayan texnologiya nəhəngləri sırasına Kaspersky şirkəti də daxil oldu.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq şirkətin Çindəki əməkdaşları məsafədən işləyəcəklər.

"Kaspersky Lab-ın COVID-19 epidemiyasına görə, Çindəki ofisi bağlanılıb. Həmin müəssisənin əməkdaşları evdən onlayn şəkildə çalışacaqlar. Şirkət olaraq, tövsiyə edirik ki, virus təhlükəsi sovuşanadək, Çinə səfər etməsinlər", - deyə şirkətin rəsmi məlumatında qeyd olunub.

Qeyd edək ki, bu günə olan məlumata əsasən, dünyada 95 min insan koronavirusa yoluxub. Bu şəxslərdən təxminən 80 min nəfəri Çin və Çinə yaxın ərazilərdə yaşayır. COVID-19 virusundan ölənlərin sayı isə 3,2 mindən çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.