Maraqlı

“iPhone” üçün ehtiyat hissələri çatışmır?

10 Mart 2020 23:10
0 Şərh     Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" korporasiyası "iPhone" və xidmət mərkəzləri üçün ehtiyat hissələri ilə əlaqədar problem yaşayır. Bu haqda öz mənbələrinə istinadən "Bloomberg"in jurnalisti Mark Qurman deyib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, agentliyin məlumatına görə, şirkət xidmət mərkəzlərinin bir hissəsinə komponentlərin çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.

"Bloomberg" nəşri dəqiqləşdirib ki, komponent çatışmazlığına görə şirkət xidmət məsələləri üzrə öz standartlarına düzəliş edib. Məsələn, əvvəllər xidmət mərkəzinin əməkdaşları cüzi zədələnmə səbəbindən müştərinin smartfonunu yenisinə dəyişirdilərsə, amma indi "Apple" onlara konkret detalı dəyişdirməyi tövsiyə edirlər.

ABŞ şirkəti komponent çatışmazlığının səbəbini açıqlamır. Mark Qurmanın fikrincə, gecikmə "COVID-19" koronavirus infeksiyasının yayılmasının səbəb olduğu karantinlə bağlı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.