Maraqlı

Hansı spirt daha yaxşı dezinfeksiya edir: 70, yoxsa 95-96 faizlik?

7 Mart 2020 22:45
0 Şərh     Baxış: 4 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Viruslardan qorunmaq üçün dezinfeksiyaedici kimi seçilən vasitələrin hansının daha təsirli olması hər zaman maraq doğurub. Amma son günlər koronavirus təhlükəsi ilə bağlı bu haqda suallar daha çox aktuallıq kəsb edir. Mütəxəssislər ilk növbədə əlləri tez-tez sabunla yumağı, spirtlə təmizləməyi tövsiyə edilər.

Mütəxəsisilər hesab edir ki, 70 faizlik konsentrasiyada olan spirt, demək olar ki, 95-96 faizlik spirtlə eyni şəkildə dezinfeksiya edir, eyni zamanda dərini daha az qurudur. 70 faizlik spirt daha ucuz olduğuna görə, daha geniş istifadə olunur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, spirt dezinfeksiyaedici kimi hər hansı mikrob hüceyrəsinə daxil olur və zülallarla kimyəvi reaksiyaya girir, bu da onların denaturasiyasına və hüceyrələrin ölümünə səbəb olur. Spirtdən başqa bu xüsusiyyətə malik olan bir çox vasitələr var və onlarla da eyni nəticə əldə edilir. Fərqli dezinfeksiyaedici maddələr zülallara müxtəlif yollarla təsir göstərir. Xlor və hidrogen-peroksid onların oksidləşməsinə, mineral turşular və qələvilər isə hidrolizinə səbəb olur. Fenol tərkibli preparatlar laxtalanmaya səbəb olur, alkoqol isə zülal denaturasiyası yaradır.

Qeyd olunur ki, 95-96 faizlik etanol daha çox cərrahi alətləri sterilizasiya etmək üçün istifadə olunur. Əməliyyatdan əvvəl yaraların, əllərin və xəstənin bədəninin təmzilənməsi üçün isə 70 faizlik spirt kifayət edir. Bu spirtlə dezinfeksiya edilən dərinin səthi də daha tez canlanır. Bu, mikroorqanizmlərin qala biləcəyi dərin məsamələrə daha pis nüfuz edir.

Ümumiyyətlə, spirt 40 faiz konsentrasiyasından sonra dezinfeksiyaedici təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.