Maraqlı

Bu süd xərçəng xəstəsini sağaldıb

7 Mart 2020 20:20
0 Şərh     Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəngin, bədxassəli şişlərin qarşısının alınması, təbii yollarla müalicəsinə dair vaxtaşırı maraqlı məlumatlara rast gəlinir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, moldovalı fermer İon Lozonski onkoloji xəstəliyini uzunqulaq südü içərək müalicə etdiyini və sağaldığını açıqlayıb. Həkimlər onda onkoloji xəstəlik aşkar ediblər və uzunqulaq südü ilə müalicə olunmasını məsləhət görüblər: "Həkim mənə uzunqulaq südünü sınamağı tövsiyə etdi. Südü içməyə başladım və çox tez zamanda sağaldım".

Bundan sonra uzunqulaq südünün çox faydalı olduğunu nəzərə alan fermer ayrıca təsərrüfat yaratmağa qərar verir: "Mən ölkəmdə satışa qoyulan iki uzunqulaq tapa bildım". Belə olan halda fermer ölkəsinə xaricdən Moldova üçün qeyri-adi sayılan uzunqulaqlar gətirib və təsərrüaftını genişləndirib.

Mütəxəssislər isə bildirir ki, uzunqulaq südü tərkib etibarilə qadın südünə çox bənzəyir. Tərkibində vitaminlər və antioksidantlar çoxdur və allergen deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.