Maraqlı

İnternet vasitəsilə fırıldaqçılıq edən şəbəkələrin toruna düşməmək üçün bunları edin - FAYDALIDIR

27 Fevral 2020 21:10
0 Şərh     Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternet vasitəsilə fırıldaqçılıq edən şəbəkələrin sayı son bir ildə üç dəfə artıb. Gün ərzində bir çox insan fırıldaqçıların tələsinə düşür.

Milli.Az ted.az-a istinadən kiber fırıldaqçıların ən çox istifadə etdikləri üsullarını və müdafiə üçün nə etməli olduğunuzu bu yazıda təqdim edir.

1. Fişinq: Ən çox yayılmış internet fırıldaqçılıq üsulu "Fişinq" adlanır. Qanuni bir qurum olaraq davranan fırıldaqçı şəbəkələr saxta reklamlar vasitəsilə onlayn alış-veriş saytlarına və sosial media şəbəkələrinə tələ linklər verir. Bu linklərdən birinə vuran vətəndaş şifrəni hesaba daxil edərkən parol şəbəkənin əlinə keçir və şəbəkə hesabları boşaldır.

Müdafiə: Naməlum linklərə klikləməyin.

2. Viruslu e-poçt: Vətəndaşların poçt ünvanlarına viruslu mesaj göndərmə və şifrə oğurlamaq üsulu. Şəbəkələr bu şifrələrlə bank hesablarını boşalda bilər.

Müdafiə: Naməlum ünvandan gələn poçt və spamları açmayın

3. Şifrə soruşmaq: Şəbəkələr e-poçt və ya telefonla zəng vuraraq təhlükəsizlik riski olduğu yalanı ilə məlumatı götürüb hesabları boşaldırlar

Müdafiə: Heç kimlə parol paylaşmayın.

4.  Sosial media hesabı oğurlamaq: Fırıldaqçılar sosial media hesablarını ələ keçirmiş vətəndaşlardan və ya qohumlarından pul istiyirlər.

Müdafiə: Ödəniş etməyərək prokurorluq və polisə əlaqə yaradın.

5. İnternet alış-verişlərində fırıldaqçı şəbəkələrlə işləyən saxta şirkətlər hesabdan icazəsiz pul çıxara bilirlər.

Müdafiə: Naməlum şirkətlərdən alış-veriş etməmək və ödəniş kartlarından başqa birinin istifadə etməsinə icazə verməmək

6. Alıcıdan pulu, satıcıdan məhsulu alıb ortadan yox ola bilərlər

Müdafiə: Kommersiya qeydiyyatı araşdırıldıqdan və məhsulu aldıqdan sonra ödəniş edin

7. Böyük qazanc vədi: İnternetdə yerləşdirilən elanda  bir məhsulun satılması müqabilində yüksək ödəniş vəd edilir.

Müdafiə: Alış-verişdən əvvəl ətraflı araşdırma aparın.

8. Maç nəticələrini əvvəlcədən bilmə üsulu ilə edilən fırıldaqçılıq

Müdafiə: Qeyri-qanuni mərclərdən çəkinin.

9. Çarəsizlikdən faydalanma: İnternetdə yerləşdirilmiş reklamlarla borclarını ödəyə bilməyənlərə kömək etmək üçün yardım istənilə bilər

Müdafiə: Ünsiyyət qurmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.