Maraqlı

Müğənni avtomobili jurnalistlərin üzərinə sürdü - FOTO

24 Fevral 2020 10:22
0 Şərh     Baxış: 2 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış müğənnisi, eyni zamanda televiziya proqramlarının aparıcısı Defne Samyeli qəza törədib.

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, çıxış etdiyi bir məkandan ayrılan müğənni avtomobillə operatorun ayağının üstündən keçib.

Qardaşı Sübhan ilə məkandan ayrılan və sürətlə ərazidən uzaqlaşmaq istəyən Samyeli ehtiyatsızlıq üzündən avtomobili onu gözləyən jurnalistlərin üzərinə sürüb.

Avtomobilin təkəri 6-7 saniyə ərzində operatorun ayağının üzərində dayanıb. Avtomobildən düşən müğənni müxbirdən üzr istəyib, "Tələsirdim, belə oldu. Lazımdırsa, xəstəxanaya gedək" deyib. Operatorun ciddi xəsarət almadığı bildirilir.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.