Maraqlı

Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

25 Fevral 2020 07:41
0 Şərh     Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəqəmli strategiya haqqında təkliflərini açıqlayıb. Bu haqda "Reuters" agentliyi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bundan başqa, süni intellektin idarə edilməsi və tətbiqi, ABŞ-ın "Facebook", "Google" və "Amazon" kimi texnologiya nəhənglərinin fəaliyyətinin tənzimlənməsi üzrə qaydalar müəyyənləşdirilib.

Tədbir və təkliflər paketi Avropanın rəqəmli gələcəyini müəyyənləşdirəcək. Bu haqda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

Bu tədbirlərin məqsədi vahid Avropa məlumat bazarını yaratmaq və süni intellektin texnologiyalarından istifadənin məxfilik və etik problemləri nəzərə almasını təmin etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.