Türkiyəli "Robinzon"un həyatı ekranlaşdırılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə "Robinzon" olaraq tanınan 81 yaşlı Ziya Abayın həyatı ekranlaşdırılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzun illər Türkiyənin Əskişəhər şəhərində antikvar əşya satan Ziya Abay 1995-ci ildə həyat yoldaşını avtomobil qəzasında itirib. Dörd uşaq atası olan Z.Abayın övladları təhsil almaq və işləmək üçün ölkənin müxtəlif bölgələrinə köçüblər. O, tək qaldıqdan sonra, 14 il bundan əvvəl ölkənin Elazığ və Tunceli şəhərlərini birləşdirən Keban Baraj gölü hövzəsinin ortasında yerləşən təxminən 80 hektarlıq quraq, yaşayışın olmadığı əraziyə köçüb. Ötən 14 il ərzində özünün inşa etdiyi kiçik bir daxmada yaşayan Z.Abay, burada 3500 ağac əkib. Bu müddət ərzində Türkiyəli "Robinzon" quraqlıq adanı yaşıllıq əraziyə çevirib.
Ziya Abayın həyatı milli və beynəlxalq mükafatlara layiq görülən, Sivas Dövlət Universiteti radio və televiziya bölümünün əməkdaşı Turgay Kural tərəfindən ekranlaşdırılıb. Adada çadır quran T.Kural 15 gün davam edən çəkilişlər zamanı Ziya Abayın həyatını sənədli film şəklinə gətirib. Elektrik enerjisinin olmadığı adada çəkilişlərin aparılması üçün günəş enerji panellərindən istifadə edilib.
"Adam" adlı ekran əsərində həyatını danışan Z.Abay rəhmətlik həyat yoldaşını çox sevdiyini və onun yoxluğu ilə heç bir zaman barışmadığını söyləyib. Adadakı ağacları "övladlarım" adlandıran Z.Abay həyat yoldaşının təbiəti çox sevdiyini və onun xatirəsini əbədiləşdirmək məqsədilə bu yolu seçdiyini bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında emal prosesi qurulacaq və sənaye istismarına başlanılacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
-
“Avtovağzal” metrosunda ödənişsiz giriş tətbiq edildi - Son vəziyyət - (Video)
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
-
Dünya bazarında neft ucuzlaşır
-
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
-
Qazın qiyməti bahalaşdı
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)





